ABŞ nümayəndə heyətinin Aİ ilə görüşü "iyrənc" adlandırılıb
ABŞ-nin Quru Qoşunları naziri Daniel Driskollun rəhbərlik etdiyi nümayəndə heyətinin 21 noyabrda Avropa İttifaqı rəsmiləri ilə keçirdiyi görüş Avropa tərəfi üçün "iyrənc" təsir bağışlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Driskoll Kiyevdə ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili Culi Deyvisin rezidensiyasında keçirilən görüşdə Ukraynanın "çox pis vəziyyətdə" olduğunu bildirib və təklif olunan planın "onun ümid edə biləcəyi ən yaxşı variant" olduğunu vurğulayıb.
ABŞ rəsmisi həmçinin qeyd edib ki, Vaşinqton öz planının detalları üzrə danışıqlar aparmır və Avropa yalnız gələcək müzakirələrdə təhlükəsizlik təminatları ilə bağlı prosesə qoşulacaq.
Avropa İttifaqı nümayəndələri görüşün tonunu "iyrənc" kimi qiymətləndirib. Bununla belə, amerikalı mənbələr qəzetə açıqlamalarında görüşün "müsbət, açıq və hörmət çərçivəsində" keçdiyini bildiriblər.
Nigar Yahyazadə
12:46 22.11.2025
Oxunuş sayı: 2811