Tramp Ukrayna müharibəsinin həlli üçün plan hazırlayıb
Donald Trump komandası Ukrayna müharibəsinə dair “28 maddəlik barış planı” hazırlayır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, bu plan hələ rəsmi şəkildə təqdim olunmasa da, sızdırılan məlumatlara görə aşağıdakı ehtimallar müzakirə olunur:
Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsi, Donbas və Krımın statusunun Rusiya xeyrinə dəyişdirilməsi, Ukraynada rus dilinin rəsmi status alması, Ukraynanın ağır silahlara və uzun mənzilli raketlərə çıxışının məhdudlaşdırılması.
Analizlərə görə, bu sxem “sülh müqaviləsi” ilə “təslim planı” arasında” qarışıq bir model kimi qiymətləndirilir və həm Avropa, həm də Kiyev tərəfindən ciddi etirazla qarşılanacağı gözlənilir.
Nəzrin Abbas
12:20 22.11.2025
Oxunuş sayı: 3007