İsrail rəsmiləri: “Yarımçıq iş qaldı” – qarşıdurmanın yeni mərhələsi gözlənir
İsrail təhlükəsizlik rəsmiləri iyun toqquşmalarını “yarımçıq iş” adlandıraraq mümkün yeni müharibə mərhələsinə hazırlaşdıqlarını bildirirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Jewish News Syndicate” yazır.
Məlumatda bildirlir ki, bu zaman Qərb kəşfiyyatı İrana raket yanacağı üçün vacib olan natrium perkloratın axınında böyük artım qeydə alıb. CNN-ə görə, son aylarda Çin limanlarından Bəndər Abbasa 2000 tondan çox material göndərilib.
Ekspert Cefri Lyuis bunun İranın raket istehsalını bərpa etmək cəhdi olduğunu deyir. Lakin israilli analitik Aleksandr Qrinberq məlumatların şişirdildiyini və bunun dərhal hərbi sıçrayış anlamına gəlmədiyini vurğulayır.
Nəzrin Abbas
11:50 22.11.2025
Oxunuş sayı: 3110