İrandan Livana mesaj: Üçüncü ölkəyə ehtiyac yoxdur
İrandan Livana mesaj: Üçüncü ölkəyə ehtiyac yoxdur.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçı livanlı həmkarı Yusif Racinin MTV-yə müsahibəsində səsləndirdiyi danışıqlar dəvətinə cavab verib. Bununla bağlı, Abbas Əraqçı “X” hesabında paylaşım edib.
O, bildirib ki, İran Livanın daxili işlərinə qarışmır, ancaq Tehran-Beyrut münasibətlərinin inkişafına xidmət edəcək istənilən dialoqu alqışlayır.
“İranın üçüncü ölkəyə ehtiyacı olmadığını” vurğulayan Əraqçı livanlı həmkarını Tehrana rəsmi səfərə dəvət edib. O, habelə, deyib ki, əgər Beyruta səfərə çağırılsa, bu dəvəti məmnuniyyətlə qəbul edəcək.
Nəzrin Abbas
11:30 22.11.2025
Oxunuş sayı: 2677