Tramp Nyu-Yorkun yeni müsəlman meri ilə görüşüb
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Nyu-York şəhərinin yeni müsəlman meri Zöhran Mamdani ilə görüş keçirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp, Mamdaninin zamanla fərqli siyasi yanaşma göstərəcəyini bildirib və onun “əla iş görə biləcəyinə” inandığını vurğulayıb.
Prezident, habelə, yeni merin fəaliyyətinin bəzi mühafizəkarları təəccübləndirə biləcəyini deyib.
Qeyd edək ki, müsəlman olan Zöhran Mamdani bələdiyyə seçkilərində qalib gələrək Nyu-Yorkun 111-ci meri seçilib.
Nəzrin Abbas
11:10 22.11.2025
Oxunuş sayı: 3233