ABŞ Ukraynanı sülh planını imzalamağa məcbur edir
Reuters ABŞ-ın Kiyevə sərt xəbərdarlıq etdiyini açıqlayıb. Məlumata görə, Vaşinqton Ukrayna 27 noyabr tarixinə qədər Tramp administrasiyasının sülh planını imzalamazsa, Kiyev üçün həyati əhəmiyyət daşıyan hərbi və kəşfiyyat dəstəyini dayandırmaqla hədələyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mənbələrə görə, ABŞ həmçinin Ukraynanın Baş naziri Yuliya Sviderenko və Prezident Administrasiyasının rəhbəri Andrey Yermakı qara siyahıya sala biləcəyini bildirib.
Bu halda:
onların bütün əmlakı dondurulacaq,
ABŞ dollar sisteminə çıxışları bağlanacaq,
Vaşinqton onlarla heç bir danışıqlar aparmayacaq.
Avropa liderləri Zelenskiyə dəstək verdi.
Bloomberg Avropa müttəfiqlərinin ABŞ-Rusiya planının əsas müddəalarını qəbul etmədiyini yazır. Məlumata görə, Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmer Zelenski ilə telefon danışığında vahid mövqe nümayiş etdiriblər.
Onlar aşağıdakı məsələlərdə razılığa gəliblər:
Ukrayna Silahlı Qüvvələri ölkənin suverenliyini qorumağa qadir olmalıdır;
Hazırkı təmas xətti istənilən sülh danışıqları üçün yalnız başlanğıc nöqtəsi ola bilər;
Ukraynanın maraqlarına zidd heç bir plan qəbul edilməməlidir.
Beləliklə, Kiyev və əsas Avropa paytaxtları ABŞ-ın irəli sürdüyü yeni sülh planının bir çox əsas elementlərini qəbuledilməz hesab edir.
18:22 21.11.2025
Oxunuş sayı: 2829