ABŞ-ın yeni sülh planının detalları məlum olub
Caucasian Live ABŞ və Rusiya arasında hazırlanmış yeni sülh planının əsas məqamlarını açıqlayıb. Məlumata görə, plan strateji silahlara nəzarət üzrə gələn ilin fevralında müddəti bitəcək START müqaviləsinin 2029-cu ilə qədər uzadılmasını nəzərdə tutur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Planın digər şərtləri aşağıdakılardır:
▪️ Ukrayna Moskva və Sankt-Peterburqa zərbələr endirərsə, Kiyevə verilən bütün təhlükəsizlik zəmanətləri etibarsız sayılacaq.
▪️ Rusiya Ukraynaya yenidən müdaxilə edərsə, ABŞ və Qərb bloku hərbi tədbirlər də daxil olmaqla cavab addımları atacaq.
▪️ NATO Ukraynanı öz sıralarına qəbul etməyəcək və bununla bağlı rəsmi açıqlama verəcək.
▪️ Münaqişəyə cəlb olunan bütün tərəflərə amnistiya tətbiq olunacaq.
▪️ Rusiyanın ən böyük güzəşti kimi Ukraynaya NATO-nun beşinci maddəsinə bənzər təhlükəsizlik zəmanəti verilməsi göstərilir. Bu çərçivədə Ukraynaya ediləcək hər hansı hücum bütün NATO-ya edilən hücum kimi qiymətləndiriləcək.
Caucasian Live-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski dolayı şəkildə təsdiqləyib ki, ABŞ Kiyevə Tramp administrasiyasının sülh planı ilə bağlı qərar vermək üçün bir həftə vaxt verib.
Ukrayna mediası xəbər verir ki, Zelenski dünənki görüşdə “qarşıda çətin danışıqlar həftəsinin” olduğunu deyib. Lakin o, “Ukraynanın milli maraqlarından imtina etməsi üçün təzyiq altında olacağına inanmaq üçün heç bir səbəb olmadığı”nı vurğulayıb.
18:17 21.11.2025
Oxunuş sayı: 7275