Ukraynada parlament böhranı gözlənilir
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Administrasiyasının rəhbəri Andrey Yermakı müdafiə etmək məqsədilə “Xalqın Xidmətçisi” partiyasının fraksiya rəhbəri David Araxamiyanı istefaya göndərməyi planlaşdırır.
Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir ki, Yermak ətrafında artan narazılıqlar fonunda Zelenski komandasındakı gərginliyi azaltmağa çalışır.
Lakin qeyd olunur ki, Araxamiyanın istefası hakim partiyanın parçalanması və ölkədə parlament böhranının yaranması riskini artıra bilər.
18:14 21.11.2025
Oxunuş sayı: 2925