BƏƏ-nin IHC şirkəti sanksiyalı “Lukoil”in xarici aktivlərini almaqda maraqlıdır
Birləşmiş Ərəb Əmirliklərinin International Holding Company (IHC) şirkəti ABŞ sanksiyalarına düşmüş Rusiyanın “Lukoil” şirkətinin xarici aktivlərini almağa maraq göstərib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, IHC nümayəndələri “Lukoil”in aktivlərinin alınmasına maraqlı olduqlarını və bu barədə ABŞ Maliyyə Nazirliyini məlumatlandırdıqlarını təsdiqləyiblər. IHC-yə Əbu-Dabi əmirliyinin iki suveren fonduna da rəhbərlik edən, BƏƏ prezidentinin qardaşı Şeyx Tahnun bin Zayed Al Nahyan rəhbərlik edir.
Şirkət “Lukoil”in aktivlərinə iddialı namizədlərin siyahısına qoşulub. İsveçrənin ticarət evi "Gunvor" isə ABŞ-nin bu sövdələşməni təsdiq etməyəcəyini bildirməsindən sonra öz təklifini geri götürüb.
Fidan Bəhmənova
16:55 21.11.2025
Oxunuş sayı: 3305