Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri baş tutub
Bakıya gələn Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan, regiondakı siyasi prosesləri yaxından izləyən və dialoq təşəbbüslərində fəal iştirak edən politoloqlar Areq Koçinyan, Narek Minasyan və Samvel Meliksetyan, həmçinin insan hüquqları sahəsində fəaliyyət göstərən və müxtəlif humanitar layihələrin müəllifi kimi tanınan hüquq müdafiəçisi Naira Sultanyan daxildir.
Bu barədə Crossmedia.az xarici KİV-ə xəbər verir. Məlumatda bildirilir ki, onların Azərbaycana səfəri iki ölkə arasında ictimai diplomatiyanın, vətəndaş cəmiyyəti xətti ilə dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın formalaşdırılması və regionda yaranan yeni reallıqlar fonunda əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyır.
Türkanə Məşədiyeva
16:30 21.11.2025
Oxunuş sayı: 2850