Vilayət Eyvazov Gürcüstanın Baş naziri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə rəsmi səfərdə olan Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazovla görüşüb.
Crossmedia.az Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Qeyd edilib ki, illər ərzində Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında uğurlu ikitərəfli tərəfdaşlıq qurulub.
Vurğulanıb ki, bu gün iki ölkənin Daxili İşlər Nazirlikləri arasında imzalanan əməkdaşlıq sazişi, xüsusən də cinayətlərin qarşısının alınması, aşkarlanması və cinayətkarların müəyyən edilməsi sahələrində tərəfdaşlığı gücləndirəcək.
Görüşdə həmçinin regionda sabitliyin və davamlı sülhün təmin edilməsinin vacibliyi vurğulanıb.
16:12 21.11.2025
Oxunuş sayı: 3322