Avropa liderləri Zelenski ilə ABŞ-nin sülh planını müzakirə edəcək
Bir neçə Avropa lideri ABŞ-nin Ukrayna üzrə sülh planını müzakirə etmək üçün Ukrayna prezidenti Zelenski ilə təcili telefon danışığı aparacaq.
Bu barədə Crossmedia.az Bloomberg və Reuters-ə istinadən xəbər verir.
Danışıqlarda Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Makron, Britaniyanın baş naziri Starmer və Finlandiya prezidenti Stubb iştirak edəcək.
Aİ rəhbəri Ursula fon der Leyen planın Aİ-yə təqdim olunmadığını, onun G20-də müzakirə ediləcəyini bildirib.
RBC-Ukraynanın məlumatına görə, bu gün Ukraynanın təhlükəsizlik və kəşfiyyat rəhbərləri ABŞ nümayəndə heyəti ilə görüş keçirib. Təfərrüatlar açıqlanmayıb.
16:00 21.11.2025
Oxunuş sayı: 2866