Rusiya Azərbaycan səfirliyinin zədələnməsinə görə təəssüfləndiyini bildirib
Noyabrın 21-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev ilə görüşüb.
Bu barədə Crossmedia.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Bəyanatda qeyd olunub ki, söhbət zamanı Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyinin binalarına, əmlakına və ərazilərinə dəyən ziyanla bağlı noyabrın 14-də Azərbaycan tərəfdən daxil olmuş müraciətə Rusiyanın səlahiyyətli qurumları tərəfindən diqqətlə baxıldığı qeyd edilib.
"Rusiya tərəfi baş vermiş insidentlə bağlı səmimi təəssüfünü bildirir. Lakin mövcud məlumatların araşdırılması nəticəsində müəyyən edilib ki, Azərbaycan diplomatik missiyasının binaları kompleksinə dəyən ziyan dəymişdir.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Kiyevdəki insidentə Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin nasazlığı, ehtimal ki, Patriot hava hücumundan müdafiə raket sisteminin düşməsi səbəb olub.
Yada salaq ki, noyabrın 14-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Evdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Noyabrın 14-də saat 1:00 radələrində Ukraynanın paytaxtı Kiyevə hücumlar zamanı Azərbaycan səfirliyi ərazisinə “İsgəndər” raketinin düşməsindən sonra səfirə kəskin etiraz edilib. Səfirə müvafiq nota təqdim edilib. Mixail Evdokimova məlumat verilib ki, partlayış nəticəsində səfirliyin ərazisini əhatə edən hasarın bir hissəsi tamamilə dağılıb, konstruksiyalar, xidməti maşınlar, səfirliyin inzibati binası və konsulluq bölməsi zədələnib, diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəyib.
Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq oxşar raket hücumlarının əvvəllər də baş verdiyi vurğulanıb.
15:45 21.11.2025
Oxunuş sayı: 3076