Ermənistan prezidenti: Zəngəzur dəhlizi Gürcüstan üçün təhlükə deyil, yeni imkanlar yaradır
"Zəngəzur dəhlizi “Gürcüstan üçün təhlükə yaratmır”, əksinə, bütün region ölkələri, o cümlədən Rusiya üçün yeni imkanlar açır".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunları Ermənistan prezidenti Vaaqn Xaçaturyan bəyan edib.
Onun sözlərinə görə, Gürcüstanın tranzit rolu azalmayacaq, əksinə artacaq.
Xaçaturyan qeyd edib ki, layihənin həyata keçirilməsi Ermənistan, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və ola bilsin ki, Rusiya üçün əlavə imkanlar yaradacaq. O, həmçinin əlavə edib ki, Gürcüstan rəsmiləri heç bir narahatlıq ifadə etməyiblər və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək etməyə hazırdırlar.
15:41 21.11.2025
Oxunuş sayı: 3353