Netanyahu: Keçid girovların cəsədləri alındıqdan sonra açılacaq
İsrail Baş naziri Benyamin Netanyahu açıqlayıb ki, “Rafah” sərhəd keçidi İsrailin üç qalan girovunun — Dror Ore, Rane Gvili və Sudtisak Rinthalaka — cəsədini aldıqdan sonra yenidən fəaliyyət göstərəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə, girovların təhvil verilməsi prosesi demək olar ki, başa çatmaq üzrədir. Baş nazir bildirib:
“Biz razılaşmışıq ki, bütün girovları aldıqdan sonra keçidi açacağıq. Bu proses demək olar ki, tamamlanmaq üzrədir və başa çatdıqdan dərhal sonra keçidi açacağıq.”
O həmçinin vurğulayıb ki, bütün girovlar geri qaytarıldıqdan sonra Misirin Qəzza sakinlərinə sərhəd keçidindən çıxmaq imkanı verməsini gözləyir, çünki indiyədək belə imkan yaradılmayıb.
Nigar Yahyazadə
15:09 21.11.2025
Oxunuş sayı: 2749