Vuçiçə qarşı Sarayevo iddiası - İtaliyada istintaq başlandı
Serbiyada qalmaqal baş verib. Prezident Aleksandar Vuçiçin 90-cı illərdə Sarayevonun mühasirəsi zamanı dinc sakinlərin güllələnməsində iştirak etdiyi iddia olunur.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İtaliyanın Milan prokurorluğuna şikayəti xorvat jurnalist Domagoy Marqetiç təqdim edib. O, Vuçiçin həmin dövrdə əcnəbilər və serb ultramillətçilərinin mühasirədə olan şəhərin sakinlərinə atəş açdığı postlardan birində olduğunu iddia edir.
“Snaiper turizmi” işi üzrə araşdırmaya təşəbbüs göstərən vəkil Etsio Qavatszeni toplanmış materialların “yaxşı əsaslandırıldığını” bildirib. Onun sözlərinə görə, qətllər siyasi motivlərə deyil, əyləncə məqsədilə törədilib.
Vuçiç bu ittihamları şərh etməyib, lakin daha əvvəl atışmalarda iştirakını inkar edib. Araşdırma “Sarayevo Safari” filmi yayımlandıqdan sonra başlanıb. Filmdə Avropadan gələn və mühasirədə olan şəhərin sakinlərinə atəş açmaq üçün pul ödəyən muzdlu döyüşçülərdən bəhs olunur.
Türkanə Məşədiyeva
15:00 21.11.2025
Oxunuş sayı: 3153