Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində partlayıcı izləri aşkarlanmadı
Gürcüstanda qəzaya uğrayaraq 20 hərbçinin həlak olmasına səbəb olan Türkiyəyə məxsus hərbi Lockheed C-130 Hercules təyyarəsində partlayıcı maddə izləri aşkar edilməyib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, müharibə nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı jandarmın kriminal laboratoriyası hesabat hazırlayıb. Araşdırma zamanı heç bir partlayıcı maddə izinə rast gəlinməyib.
Məlumata görə, mütəxəssislər təyyarənin qalıqları üzərində kompleks analiz aparıblar.
Pərvin Hacıyeva
14:54 21.11.2025
Oxunuş sayı: 3429