Umerov ABŞ-nin “sülh planını” təsdiqlədiyi iddialarını təkzib etdi
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib ki, ABŞ-nin təqdim etdiyi yeni “sülh razılaşmasına” heç bir təsdiq verməyib və Ukrayna hakimiyyəti yalnız tərəfdaşların təkliflərini ölkənin dəyişməz prinsipləri çərçivəsində araşdırır.
Bu barədə Crossmedia.az New York Post qəzetinə istinadən xəbər verir.
Rüstəm Umerovun sözlərinə görə, ABŞ səfəri zamanı o, yalnız texniki tapşırığı — görüşlərin təşkili və dialoqa hazırlıq işlərini yerinə yetirib və planın bəndləri ilə bağlı heç bir qiymətləndirmə və ya razılaşdırma aparmayıb.
“Guya hansısa ‘razılaşdırma’ və ya ‘bəndlərin çıxarılması’ barədə KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunlar konsultasiya kontekstindən kənarda yaranmış, yoxlanılmamış məlumat nümunələridir. Biz tərəfdaşların təkliflərini diqqətlə dəyərləndiririk və Ukraynanın dəyişməz prinsiplərinə — suverenlik, vətəndaşların təhlükəsizliyi və ədalətli sülh — əsaslanırıq”, – SNSC katibi Facebook-da yazıb.
Ukraynanın bəzi ərazilərdən imtinasını və ordunun ixtisarını nəzərdə tutan Tramp planı Umerov tərəfindən “müsbət rəy” alıb.
Türkanə Məşədiyeva
13:25 21.11.2025
Oxunuş sayı: 2491