Tokayev Paşinyanı təltif etdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanı ölkənin ən yüksək dövlət mükafatı olan “Altyn Qyran” ordeni ilə təltif edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tokayev qeyd edib ki, Qazaxıstan və Ermənistan arasında dövlətlərarası münasibətlər yeni mərhələyə qədəm qoyur və hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.
Tərəflər siyasi dialoqun genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində qarşılıqlı maraq nümayiş etdirirlər.
Nigar Yahyazadə
13:16 21.11.2025
Oxunuş sayı: 3055