Qazaxıstan Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə yeni ticarət marşrutu açıla bilər
Qazaxıstan milli iqtisadiyyat naziri Serik Jumangarin bildirib ki, ölkə Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə yeni ticarət marşrutu açmağı nəzərdən keçirir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Nazirin sözlərinə görə, bu marşrut Türkiyə limanlarına birbaşa çıxış təmin edəcək.
“Hazırda Azərbaycan və Gürcüstandan keçərək Qara dəniz limanlarına gedirik. Yeni marşrut Naxçıvana, daha sonra isə birbaşa Türkiyəyə çıxışı təmin edəcək”, – Jumangarin qeyd edib.
11:43 21.11.2025
Oxunuş sayı: 3243