COP30 iqlim sammitində yanğın: 13 nəfər tüstüdən zəhərlənib
Braziliyanın Belem şəhərində keçirilən BMT-nin COP30 iqlim sammitində yanğın baş verib və 13 nəfər tüstüdən zəhərlənib.
Crossmedia.az bu batrədə Associated Press-ə istinadən xəbər verir.
Bildirilir ki, konfrans rəsmiləri bildiriblər ki, bütün zərərçəkənlərə tibbi yardım göstərilib. Yanğın səbəbindən sammit məkanı təxminən yeddi saat bağlı qalıb, sessiyalar və danışıqlar dayandırılıb.
Braziliya Turizm Naziri Selso Sabino yanğının Çin pavilyonunun yaxınlığında başladığını açıqlayıb. Para ştatının qubernatoru Hélder Barbalho hadisənin generatorun nasazlığı və ya texniki kabinədəki qısaqapanmadan qaynaqlana biləcəyini bildirib.
Xatırladaq ki, yanğın 20 noyabr axşamı COP30 iqlim konfransı zamanı baş verib.
Nəzrin Abbas
10:20 21.11.2025
Oxunuş sayı: 2398