Ağ Ev Kelloqun istefasını təsdiqləyib
Ağ Ev ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun istefa verəcəyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Politico yayıb.
Məlumata görə, Kelloq 2026-cı ilin yanvarında postunu tərk etməyi planlaşdırır və səbəb kimi Ukrayna danışıqları prosesindən kənarda qalmasını göstərib. O, administrasiyada Ukrayna məsələsi ilə həddən artıq çox adamın məşğul olduğunu düşünərək istefa qərarı verib.
09:58 21.11.2025
Oxunuş sayı: 2377