Pakistanda terror hücumu nəticəsində itkilər var
Pakistanda Xayber-Paxtunxva əyalətinin şimal-qərbində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, polis partlayışın terror hücumu olduğunu təsdiqləyib və hadisənin təhlükəsizlik qüvvələrinə aid avtomobili hədəf aldığı bildirilib.
Hücuma görə hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.
Ölkədə son günlər baş verən mərhələli hücumlara toxunan məlumatda qeyd olunur ki, ötən həftə İslamabadda 12 nəfərin ölümünə səbəb olan partlayışa görə məsuliyyəti “Təhrik-e Taliban Pakistan” (TTP) öz üzərinə almışdı.
Təhlükəsizlik mütəxəssisləri hesab edir ki, regionda artan gərginlik fonunda silahlı qrupların dövlət strukturlarını hədəf alan hücumlarının davam etməsi ehtimalı yüksəkdir.
20:09 20.11.2025
Oxunuş sayı: 983