Xatəmi: İranda rəhbərin kim olması insanlara əhəmiyyətli deyil
İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədəki iqtisadi böhran və vəziyyətə diqqət çəkərək, insanların 80%-nin rəhbərin kim olduğuna maraq göstərmədiyini bildirib.
O, inqilabdan sonrakı illərdə İranın üzləşdiyi böhranların əvvəlkindən daha ciddi olduğunu qeyd edib və ölkəni “möhkəm ağaca” bənzədərək daxili və xarici təhdidlərin artması ilə bu ağacın qəfil quruyub yıxılma riskini vurğulayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xatəmi idarəetmə yanaşmasının dəyişdirilməsini və “xarici basqılara təslim olmadan qırmızı xətlərin yenidən nəzərdən keçirilməsini” ən uğurlu yol adlandırıb.
20:06 20.11.2025
Oxunuş sayı: 971