Aİ Trampın “sülh planına” etiraz edir
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Tramp administrasiyasının hazırladığı “sülh planı”na qarşı çıxıb.
Kallas bildirib ki, hər hansı planın işləməsi üçün ukraynalıların və avropalıların dəstəyi vacibdir və bu münaqişədə “bir aqressor və bir qurbanın olduğu” açıq şəkildə görünür.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya həqiqətən sülh istəyirdisə, çoxdan şərtsiz atəşkəsə razılaşardı, lakin mülki əhali hələ də bombardman edilir. O həmçinin vurğulayıb ki, Aİ ABŞ-ın hazırladığı plana cəlb olunmayıb.
19:57 20.11.2025
Oxunuş sayı: 1145