Umerov Ukraynaya qayıdıb
Ukrayna Təhlükəsizlik Şurasının katibi Rustem Umerov ölkəyə geri dönüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlki məlumatlarda şəbəkədə iddialar yayılmışdı ki, enerji sahəsində baş vermiş korrupsiya skandalı fonunda Umerov Ukraynaya qayıtmaq niyyətində deyil.
Umerovun qayıdışı hökumət dairələrində və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Hesab olunur ki, bu addım enerji sahəsindəki islahat proseslərinə və korrupsiya ilə mübarizəyə əhəmiyyətli təsir göstərə bilər.
Nigar Yahyazadə
01:40 21.11.2025
Oxunuş sayı: 1211