Elmi inqilab: Ömrün radikal uzadılması
Rusiyada insan ömrünün radikal şəkildə uzadılması və qocalmanın ləngidilməsi istiqamətində aparılan araşdırmalar son günlər geniş ictimai müzakirələrə səbəb olub. Elmi və texnoloji sahədə əldə olunan irəliləyişlər fonunda bu mövzu həm ekspertlərin, həm də cəmiyyətin diqqət mərkəzinə çevrilib. Sberbankın rəhbəri Herman Qrefin “texnoloji ölümsüzlüyə” 6–7 il ərzində yaxınlaşmağın mümkünlüyü barədə səsləndirdiyi açıqlama gündəmin əsas mövzularından birinə çevrilib. Onun sözlərinə görə, gələcəkdə insan ömrünün kəskin şəkildə uzadılması real perspektiv kimi görünür və artıq bir sıra böyük layihələr üzərində aktiv iş aparılır. Bu bəyanat elmi dairələrdə də geniş rezonans doğurub və mövzunun əhəmiyyətini daha da artırıb
Sberbankın rəhbəri Herman Qref bildirib ki, yaxın 6–7 il ərzində insanlıq “texnoloji ölümsüzlüyə” yaxınlaşa bilər. O, futurolog Reymond Kurtsveylin 2030–2035-ci illərdə insan ömrünün uzadılması sahəsində ciddi irəliləyişin baş verəcəyi barədə proqnozuna istinad edib.
Crossmedia.az xarici mənbəyə istinadən bildirir ki, “Rusiya hakimiyyəti qocalma ilə mübarizə sahəsində tədqiqatları gücləndirib. Layihələrə Kurçatov İnstitutunun rəhbəri Mixail Kovalçuk nəzarət edir, bu işdə həmçinin prezidentin böyük qızı Mariya Vorontsova da iştirak edir”.
Zeynəb Xuduyeva
18:27 20.11.2025
Oxunuş sayı: 1088