Ermənistan hökuməti Bakıdakı dəyirmi masada iştirak üçün vəsait ayırıb
Ermənistan hökuməti 21–22 noyabr tarixlərində Bakıda keçiriləcək dəyirmi masada iştirak edəcək beş ekspertin İrəvan–Bakı–İrəvan istiqamətində çarter reysləri ilə səfərini təmin etmək üçün 17,55 milyon dram ayırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qərarın əsaslandırılmasında dəyirmi masada iştirakın bir neçə məqsədə xidmət etdiyi bildirilir.
Sənəddə Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasların intensivləşdirilməsinin vacibliyi vurğulanır.
Əlavə olaraq, iki ölkənin ictimaiyyətləri arasında etimadın möhkəmləndirilməsi üçün yeni mexanizmlərin formalaşdırılmasına töhfə veriləcəyi qeyd olunur.
Nigar Yahyazadə
18:21 20.11.2025
Oxunuş sayı: 1008