8 avqust razılaşmaları bölgədə yeni imkanların açılmasına səbəb olacaq
Ermənistan və Azərbaycan arasında 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşmalar bölgədə mühüm dəyişikliklərə yol aça bilər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Vağan Kostanyan Gürcüstana səfəri çərçivəsində bildirib ki, sözügedən razılaşmalar yalnız iki ölkə arasında blokadanın aradan qaldırılması ilə yekunlaşmayacaq, həm də Gürcüstan üçün yeni regional imkanlar yaradacaq.
Kostanyanın sözlərinə görə, Ermənistan və Gürcüstan müxtəlif sahələrdə daim açıq və qarşılıqlı dialoq aparır:
"Ermənistan və Gürcüstan həmişə qarşılıqlı maraq doğuran mövzular üzrə çox açıq təmaslar qurub. Regional əməkdaşlıq məsələləri də bu gündəmin ayrılmaz hissəsidir. Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə edilən sülhdən sonra iki ölkə arasında blokadanın aradan qalxması dost Gürcüstan üçün də yeni imkanlar yaradacaq".
O əlavə edib ki, səfər çərçivəsində Ermənistan Prezidenti bütün bu məsələlərə dair geniş müzakirələr aparıb.
Nigar Yahyazadə
18:19 20.11.2025
Oxunuş sayı: 1452