Paşinyan: Köhnə siyasi elita 2026-cı ildən sonra hakimiyyətdən kənarlaşdırılmalıdır
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 2026-cı il parlament seçkilərindən sonra ölkəni illərlə idarə etmiş “köhnə siyasi elita” hakimiyyətdən tamamilə uzaqlaşdırılmalı və siyasi həyatda yer almamalıdır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, o, cəmiyyətdə “keçmiş-indiki” qarşıdurmasından yorğun olduğunu, bu müzakirələrin isə çox vaxt siyasi etikadan kənara çıxdığını qeyd edib. Paşinyan partiya daxilində də bu yanaşmadan imtinanın müzakirə olunduğunu vurğulayıb.
Baş nazir siyasi dialoqda təhqir və söyüşün yolverilməz olduğunu bildirib və istehzalı şəkildə “mən də bunu etmişəm, buna görə bazar günləri günahlarımı bağışlatmaq üçün kilsəyə gedirəm” deyə əlavə edib.
Nəzrin Abbas
18:05 20.11.2025
Oxunuş sayı: 1335