Alman rəsmiləri Trampın Ukrayna layihəsini təhlükəli hesab edir
Alman hərbi eksperti Karlo Masala Trampın Ukrayna üzrə planını “Rusiyanın gələcək hücumlarını asanlaşdıracaq şərtlərlə kapitulyasiya” adlandırıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik üzrə mütəxəssis Niko Lange sənədi sülh cəhdi deyil, “Ukraynanı yoldan kənarlaşdırmaq cəhdi” kimi qiymətləndirərək bildirib ki, ABŞ yenidən Moskva ilə “Kiyevin və Avropanın hesabına” anlaşma əldə etməyə çalışır. Onun sözlərinə görə, sülh yalnız Ukraynanın mövqeyi və avropalıların rolu nəzərə alındıqda mümkün ola bilər.
Siyasi elm professoru Tomas Yeqer də qeyd edib ki, təklif olunan şərtlər Ukraynanın təslim olmasından başqa bir şey deyil və ABŞ-ın təhlükəsizlik zəmanətləri heç bir dəyərə malik deyil. Onun sözlərinə görə, bu plan ABŞ-ın Avropanın etibarlı müttəfiqi olmadığını göstərir.
Almaniya Federal Kanslerliyinin rəhbəri Torsten Fray layihəni narahatedici adlandırıb: belə bir plan Putinə “döyüş meydanında əldə edə bilmədiyi məqsədlərə çatmağa” imkan verəcək. “Bu, qəbuledilməz nəticədir”, — deyə o vurğulayıb.
Pərvin Hacıyeva
17:55 20.11.2025
Oxunuş sayı: 948