Aİ Rusiyaya Ukraynadan 124 milyard avro artıq vəsait ödəyib – İsveç XİN: “Bu biabırçılıqdır”
Rusiya Ukraynadakı münaqişə zamanı Avropa İttifaqından Ukraynanın özündən 124 milyard avro çox vəsait alıb.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu İsveçin xarici işlər naziri Maria Malmör Stenerqard bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar başlayandan bəri Aİ Rusiyaya mal və enerji resurslarının idxalına görə 311 milyard avro ödəyib, Ukraynaya yardımın həcmi isə 187 milyard avro təşkil edib.
Stenergaard vurğulayıb ki, Aİ-nin Kiyevə dəstəyi yetərli deyil, Moskva ilə iqtisadi əlaqələr isə çox güclü olaraq qalır:
"Bu biabırçılıqdır. Biz Ukraynaya dəstəyi və Rusiyaya təzyiqi artırmayana qədər heç bir mənalı sülh danışıqları olmayacaq", - İsveç xarici işlər naziri bildirib.
17:50 20.11.2025
Oxunuş sayı: 1118