Rio-de-Janeyro meri Almaniya kanslerini tənqid edib
Braziliyanın şəhəri Rio-de-Janeyronun meri Eduardu Paes Almaniya kansleri Fridrix Merzi kəskin tənqid edib. X hesabında Merzi “Hitlerin oğlu”, “iynəci” və “nasist” adlandırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Merzin Belendə keçirilən iqlim konfransından geri dönəndən sonra baş verib. Merz bildirib ki, onunla birlikdə olan jurnalistlərin heç biri Braziliyada qalmaq istəməzdi və hamısı Almaniyaya qayıtdıqları üçün məmnun idilər.
Braziliya prezidenti Lula da Silva isə cavabında qeyd edib ki, Merz “barlara gedib, rəqs edib, yerli mətbəxi dadmalıydı”, o zaman başa düşərdi ki, Belen “Berlindən daha çoxunu təklif edir”.
Paes tənqidindən sonra sərt paylaşımını silərək yazıb ki, “gərginliyi aradan qaldırdım” və Braziliya ilə Almaniya arasında dostluğa çağırıb. Eyni zamanda, Braziliya istifadəçiləri Merzin Instagram səhifəsini mənfi şərhlərlə doldurublar.
Nigar Yahyazadə
16:21 20.11.2025
Oxunuş sayı: 1012