Rusiya-Ukrayna müharibəsində yenilik: "icarə modeli" təklif olunur
Rusiya və Ukrayna arasında müharibənin nizamlanmasına dair hazırlanmış plan çərçivəsində Donbas regionu üçün yeni mexanizm – “icarə modeli” təklif olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu model Rusiyanın mineral ehtiyatlarla zəngin Donbasa nəzarət müqabilində Ukraynaya maliyyə kompensasiyası ödəməsini nəzərdə tutur.
Həmçinin bildirilir ki, ödənişlərin həcmi açıqlanmasa da, bu yanaşma Ukraynaya ərazidən imtina zamanı ümumxalq referendumunun keçirilməsi tələbini formalaşdırmadan prosesi hüquqi çərçivəyə salmağa imkan verəcək. Hüquqi baxımdan Donbas Ukraynanın tərkibində qalacaq, lakin faktiki idarəetmə Rusiyanın nəzarətində olacaq.
Nigar Yahyazadə
15:18 20.11.2025
Oxunuş sayı: 1516