Orban Aİ-ni Ukraynaya maliyyəni dayandırmağa çağırdı
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını Ukraynadakı hərbi əməliyyatlara ayrılan vəsaitləri dayandırmağa səsləyib. Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, o Aİ Xarici İşlər Şurasının iclasından əvvəl X-də yazaraq Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Ukrayna üçün 135 milyard avro toplamaq istədiyini bildirib.
Orbanın sözlərinə görə, bu, “müharibənin uzadılmasının bədəlidir” və “Brüsselin bu məbləği təmin etmək imkanı yoxdur”.
O, həmçinin Aİ-ni “korrupsiyalaşmış Ukrayna müharibə mafiyasını” maliyyələşdirməyi dayandırmağa çağırıb və sülhə yönəlməyin vaxtının çatdığını vurğulayıb.
Fatimə Əhmədova
15:12 20.11.2025
Oxunuş sayı: 1277