Pezeşkian: Paytaxtın köçürülməsi artıq zərurətdir
İranın paytaxtı Tehranın indiki vəziyyəti onun köçürülməsini zəruri edir. İran prezidenti Məsud Pezeşkian mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, şəhərdə əhali və tikinti sürətlə artır və bu bölgədə su təminatı məsələsi ciddi problemlər yaradır.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
“Biz bu bölgədə əhalini və tikintini daha da artıra bilmərik. Bölgəni inkişaf etdirə bilərik, amma su problemini həll edə bilmərik,” – deyə o vurğulayıb.
O əlavə edib ki, Tehrana Fars körfəzindən su çatdırmaq mümkündür, lakin hər kubmetr su çox baha başa gələcək.
Nigar Yahyazadə
15:05 20.11.2025
Oxunuş sayı: 1464