Tramp prezidentliyinin ikinci müddətinə verilən “müsbət qiymətləndirmə” üçün təşəkkür etdi
ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin ilk on ayına verilən müsbət qiymətlərə görə “əksəriyyətə” təşəkkür edib. O, sosial şəbəkədə bunun ABŞ tarixində “ən yaxşı başlanğıc dövrlərdən biri” kimi dəyərləndirildiyini yazıb, lakin “əksəriyyət” dedikdə kimi nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Tramp Truth Social hesabında paylaşım edib.
Eyni zamanda “The Economist” jurnalının “YouGov” sorğusuna istinadən verdiyi məlumata görə, Trampın fəaliyyətinə dəstək reytinqi kəskin şəkildə aşağı düşüb. Nəşrin qeyd etdiyinə görə, son illərdə ABŞ prezidentlərindən heç biri belə sərt reytinq enişi ilə üzləşməmişdi.
Nihat Tahirov
13:56 20.11.2025
Oxunuş sayı: 1648