Süni intellekt və robotlar yoxsulluğu aradan qaldıracaq
Texnologiya sahəsinin ən tanınmış simalarından biri olan Elon Mask gələcəyin iqtisadi və sosial modelinə dair növbəti proqnozunu açıqlayıb. Onun sözlərinə görə, süni intellektin və insanabənzər robotların inkişaf tempi qorunduğu halda yoxsulluğun aradan qalxacağı və insanların rifah səviyyəsinin artacağı gözlənilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Mask bu istiqamətdə aparılan hazırkı tədqiqat və layihələrin yaxın illərdə həyatın bütün sahələrinə təsir göstərə biləcəyini bildirib:
“Əgər süni intellekt və robototexnika indiki sürətlə inkişaf etməyə davam etsə, gələcəkdə pulun özü mənasını itirəcək”.
Nigar Yahyazadə
11:46 20.11.2025
Oxunuş sayı: 1034