İstanbul prosesi daha geniş formatda bərpa olunmalıdır - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Ukrayna müharibəsinin ədalətli şəkildə sona çatdırılması üçün diplomatik səylərin genişləndirilməsinin tərəfdarıdır. O, bunun üçün daha əvvəl həyata keçirilmiş, lakin sonradan dayanmış İstanbul prosesinin yenidən bərpasına çağırıb.
Bu barədə Crossmedia.az xarici mediaya əsasən xəbər verir.
Ərdoğanın sözlərinə görə, İstanbul prosesi yalnız əvvəlki məzmunla deyil, daha geniş çərçivədə, həm siyasi, həm təhlükəsizlik, həm də humanitar məsələləri əhatə edən yeni məzmunla davam etdirilə bilər.
O həmçinin vurğulayıb ki, Ankara Moskva ilə Ukraynada ədalətli və davamlı sülhə aparan real təklifləri müzakirə etməyə tam hazırdır.
Türkanə Məşədiyeva
20:10 19.11.2025
Oxunuş sayı: 2296