BƏƏ Qəzzaya stabilizasiya qüvvələri göndərməyəcək
Birləşmiş Ərəb Əmirlikləri Qəzza sektorunda beynəlxalq stabilizasiya qüvvələrinə qoşulmağı planlaşdırmır. Prezidentin müşaviri Anvar Qarqaş bildirib ki, missiyanın fəaliyyət parametrləri aydın olmadığı üçün BƏƏ belə bir prosesdə iştirak etməyəcək.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, Əmirliklər buna baxmayaraq siyasi həll səylərini dəstəkləməyə davam edəcək və Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi atəşkəs rejiminin növbəti mərhələsinin əsas elementlərindən biridir.
Səriyyə Tağıyeva
18:26 17.11.2025
Oxunuş sayı: 1136