Orban Putinin “Troya atı” olması ilə bağlı ittihamlara cavab verib
Macarıstanın Baş naziri Viktor Orban onun Rusiya və ya Vladimir Putin üçün “Troya atı” olması barədə deyilənləri “kobud və primitiv” adlandırıb. Bu barədə o, media maqnatı Matias Döpfnərə verdiyi müsahibəsində bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Orban ruslara qarşı nifrət bəsləmədiyini, lakin mövqeyini tarixi təcrübəyə əsasən formalaşdırdığını deyib.
O, xatırladıb ki, son 150 ildə Rusiya bir neçə dəfə Macarıstana hücum edib və bir dəfə də Macarıstanın özünün aqressor tərəfdə olduğu dönəm olub.
"İkinci Dünya müharibəsində “sizinlə birlikdə” , - deyə Orban alman jurnalistinə müraciət edib.
Sevinc Yarməmmədova
18:19 17.11.2025
Oxunuş sayı: 980