ABŞ: İranın mülki tankeri ələ keçirməsi beynəlxalq hüququn pozulmasıdır
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) SEPAH-ın “Talara” adlı tankeri ələ keçirməsinə münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Komandanlıq hadisəni beynəlxalq hüququn kobud şəkildə pozulması kimi dəyərləndirib və bunun qlobal ticarətə ciddi təhdid yaratdığını vurğulayıb.
CENTCOM-un bəyanatında qeyd olunur ki, İran tərəfi mülki gəmi üzərində hərbi güc tətbiqinə görə hüquqi əsaslarını təqdim etməlidir.
Qurum, habelə, Amerikanın müttəfiqləri və tərəfdaşları ilə birlikdə bölgədə sülh və sabitliyin qorunması istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.
İran cümə günü BƏƏ-nin Şarja limanından Sinqapura yola düşən tankerin SEPAH qüvvələri tərəfindən ələ keçirildiyini təsdiqləyib.
18:07 17.11.2025
Oxunuş sayı: 962