Gürcüstan xaricdə səsverməni və Antikorrupsiya Bürosunu ləğv edir
Gürcüstanda siyasi sistemə ciddi dəyişikliklər hazırlanır. Seçki hüququ və dövlət institutlarının strukturu ilə bağlı mühüm qərarlar gündəmdədir. Parlament sədri Şalva Papuaşvili son çıxışında həm Gürcüstan vətəndaşlarının səsvermə imkanlarını məhdudlaşdıracaq, həm də ölkədə korrupsiyaya qarşı mübarizə çərçivəsində yaradılmış mühüm qurumlardan birinin ləğvini nəzərdə tutan iki mühüm addımı elan edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Şalva Papuaşvili bildirib ki, xaricdə yaşayan Gürcüstan vətəndaşlarının artıq xaricdə səs verməsinə icazə verilməyəcək. Bundan başqa, onun sözlərinə görə, Avropa İttifaqının tövsiyəsi ilə yaradılan Antikorrupsiya Bürosu da ləğv olunacaq.
Türkanə Məşədiyeva
16:46 17.11.2025
Oxunuş sayı: 981