Polşa çaxnaşmada: Ukraynaya yardım xətti hədəfə alınıb
Polşanın Baş naziri Donald Tusk, Varşava–Lublin dəmir yolu xəttində partlayışın baş verdiyini bildirib. Onun sözlərinə görə, Ukraynaya hərbi yardımın çatdırılması üçün istifadə olunan dəmir yolu xəttinin bir hissəsi qəsdən zədələnib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tusk hadisəni “Polşa dövlətinin və vətəndaşlarının təhlükəsizliyinə qarşı yönəlmiş misilsiz sabotaj aktı” adlandırıb və bu dəmir yolu xəttinin Ukraynaya tədarük üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Baş nazir məsul şəxslərin tapılacağını və sərt şəkildə cəzalandırılacağını vəd edib:
“Biz günahkarları tapacağıq, kim olursa olsun”,- deyə Tusk bəyan edib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mehriban İbrahimli
14:30 17.11.2025
Oxunuş sayı: 1296