NATO–Rusiya müharibəsi gözləniləndən daha tez başlaya bilər
Almaniyanın müdafiə naziri Boris Pistorius NATO ilə Rusiya arasında mümkün müharibə riskinin əvvəlki proqnozlardan daha erkən yarana biləcəyini bildirib. Nazir qeyd edib ki, ekspertlər uzun müddət bu təhlükənin 2029-cu ildə aktuallaşa biləcəyini düşünürdülər. Lakin hazırda bəzi hərbi analitiklər gərginliyin artıq 2028-ci ildə pik həddə çata biləcəyini istisna etmirlər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilib ki, Pistoriusun sözlərinə görə, bir sıra hərb tarixi üzrə mütəxəssislər hətta ötən yayı “sonuncu dinc yay” kimi qiymətləndiriblər.
Nazir Almaniyanın müdafiə hazırlığını gücləndirməyin vacibliyini vurğulayaraq bildirib ki, potensial risklərə qarşı qabaqlayıcı addımlar atılmalıdır.
Sevinc Yarməmmədova
14:35 17.11.2025
Oxunuş sayı: 1091