Tom Kruz karyerasında ilk dəfə “Oskar” qazandı
Məşhur aktyor Tom Kruz 16 noyabrda Los-Ancelesdə keçirilən Governor Awards mərasimində karyerası boyunca ilk dəfə “Oskar”la təltif olunub. Kino sahəsində 40 ildən artıq fəaliyyət göstərən aktyor əvvəllər dörd dəfə bu mükafata namizəd göstərilsə də, heç vaxt qazana bilməyib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, əvvəlki nominasiyalar arasında Kruzun “Dörd İyulda Doğulan”, “Cerri Maqvayer”, “Magnoliya” filmlərindəki rolları və “Top Gun: Maverik” filminin prodüseri kimi iştirakı olub.
Pochyot “Oskar”ı daha əvvəl Çarli Çaplin, Cudi Qarland və Federiko Fellini almışdı. İndi isə Tom Kruz da onlara qoşulub. Onu müasir Hollivudun əsas simalarından biri və pandemiyadan sonra kinoteatrların “xilaskarı” hesab edirlər.
Pərvin Hacıyeva
14:26 17.11.2025
Oxunuş sayı: 1092