Katolikos II Qareginin ailə üzvləri barədə cinayət işi məhkəməyə verildi
Ermənistanda katolikos II Qareginin yaxın qohumları ilə bağlı cinayət işi gündəmdədir. Katolikosun qardaşı və qardaşı oğlunun seçkiqabağı təşviqata mane olmaqda ittiham olunmaları ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Prokurorluq bu iş üzrə ittiham aktını məhkəməyə təqdim edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, “katolikos II Qareginin qardaşı və qardaşı oğlu – Gevork və Ambartsum Nersisyan barəsində cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilib. Bu barədə Ermənistan mətbuatı ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb”.
Gevork və Ambartsum Nersisyanlar noyabrın 3-də həbs ediliblər. Onlar Vağarşapatda keçirilən seçkilərdə qərbyönlü “Respublika” partiyasının seçkiqabağı təşviqatına mane olmaqda ittiham olunurlar. İstintaqın versiyasına görə, noyabrın 1-də Voskreat kəndində (Vağarşapat icmasının tərkibinə daxildir) katolikosun qardaşı və qardaşı oğlu “Respublika” partiyasının təşviqat materiallarını paylayan üzvü ilə mübahisə edib və onu təhqir ediblər.
Zeynəb Xuduyeva
14:17 17.11.2025
Oxunuş sayı: 1520