ABŞ rəsmisi Alison Hooker Azərbaycana səfər edəcək
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison M. Hooker bu həftə Azərbaycana səfərə gələcək.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi saytında verilib.
Bildirilib ki, “Dövlət katibinin müavini Hooker 2025-ci il noyabrın 15-dən 21-dək Ermənistan və Azərbaycanda işgüzar səfərdə olacaq”.
Səfərin digər detalları açıqlanmır.
12:02 17.11.2025
Oxunuş sayı: 1260