İranda ağartı məhsullarının qiyməti kəskin artıb
İranın daxili bazarında süd və digər ağartı məhsullarının qiymətində ciddi artım qeydə alınıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Ölkədə çiy südün qiymətində 70 faiz yüksəliş baş verib və bunun nəticəsi olaraq süd məhsullarının qiyməti də 60 faiz artıb.
Süd Kooperativləri Birliyinin baş direktoru Əli Ehsan Zəfəri bildirib ki, “əsas xammal kimi çiy südün hər kiloqramının qiyməti 23.000 tüməndən 39.000 tümənə qalxıb və buna uyğun olaraq süd məhsullarının qiymətində də artım müşahidə olunur."
Xəbərdə qeyd olunur ki, qiymət artımı həm istehlakçılar, həm də istehsalçılar arasında narazılıq yaradıb və bazarda vəziyyətin sabitləşməsi ilə bağlı gözləntilər hələ ki, qeyri-müəyyəndir.
23:50 16.11.2025
Oxunuş sayı: 1162