Yoav Kats - Fələstin dövləti yaradılmayacaq
Fələstin dövləti yaradılmayacaq, Qəzza sektoru tam demilitarizasiya olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Kats sosial şəbəkə X-də yazıb.
“İsrailin siyasəti açıqdır: Fələstin dövləti olmayacaq. İsrail Ordusu (SAXAL) Hermon dağının zirvəsində və [Suriyanın cənubundakı] təhlükəsizlik bufer zonasındakı mövqelərində qalacaq”, – deyə Kats qeyd edib.
Onun sözlərinə görə, Qəzza sektoru sonuncu tunelədək tam demilitarizasiya ediləcək, HƏMAS isə “sarı xətt” boyunca İsrail Ordusu (SAXAL) tərəfindən silahsızlaşdırılacaq.
19:35 16.11.2025
Oxunuş sayı: 1202